Xarici tütün istehsalçısı Azərbaycan bazarını tərk edir

Biznes
  • 29 sentyabr, 2021
  • 09:59
Xarici tütün istehsalçısı Azərbaycan bazarını tərk edir

Yunanıstanın məşhur tütün istehsalçısının Azərbaycandakı törəməsi “Karelia Tobacco Company Inc” MMC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35, mənzil 72 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Karelia Tobacco Company Inc” 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Samir Salman oğlu Zeynalovdur.

44 filmi