Türkdilli ölkələr anlaşma memorandumu imzalayıb

Türkdilli ölkələr anlaşma memorandumu imzalayıb TDƏŞ-in üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.
Biznes
136
10 Sentyabr , 2021 12:13
Türkdilli ölkələr anlaşma memorandumu imzalayıb

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanmadan əvvəl çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır.

“Türkdilli ölkələr İpək Yolunun əhəmiyyətli hissəsini təşkil edir. Qarşıdakı dövrdə ölkələrimiz arasında xüsusən rəqəmsal iqtisadiyyat və yaşıl iqtisadoyyat sahəsində əməkdaşlığa əhəmiyyət veriləcəyinə inanırıq. Türkiyə olaraq bu sahədə hər cür dəstəyə hazırıq. Bu baxımdan Türk İnvestiyasa Fondu da üzv ölkələrə sərmayə qoyulması baxımından əhəmiyyətli olacaq”, - o qeyd edib.

Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib: “Özbəkistanla danışıqlarımızı bu il başa çatdırmağı düşünürük. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, milli valyutada ticarətə iş adamlarının etibarının olması üçün mərkəzi banklar və hökumətlər güvənli addımlar atmalıdır".

Son xəbərlər

Orphus sistemi