Koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 18 Mart - 7 dekabr tarixləri arasında ABŞ-ın 651 milyarderinin sərvəti 1,064 trilyon ABŞ dolları və yaxud 36,1 % artaraq 4,011 trilyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, sözügedən dövrdə ABŞ-ın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Cef Bezosun sərvəti 71,4 milyard ABŞ dolları və yaxud 63,2 % artaraq 184,4 milyard ABŞ dollarına çatıb. Növbəti pillədə qərarlaşmış “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk isə sərvətini 118,5 milyard ABŞ dolları və yaxud 5,8 dəfə artıraraq 143,1 milyard ABŞ dollarına, “Microsoft” şirkətinin sahibi Bil Qeyts isə sərvətini 20,7 milyard ABŞ dolları və yaxud 21,1 % artıraraq 118,7 milyard ABŞ dollarına çatdırıb.
Beləliklə, ilk 10-luğa daxil olan zənginlərin pandemiya dövründəki sərvəti aşağıdakı kimi dəyişib:
Milyarderin adı |
Milyarderin sərvəti (ABŞ dolları ilə, 18 mart) |
Milyarderin sərvəti (ABŞ dolları ilə, 7 dekabr) |
Milyarderin sərvətinin dəyişməsi (ABŞ dolları ilə) |
Milyarderin sərvətinin dəyişməsi |
Milyarderin şirkət(lər)i |
Jeff Bezos |
113,0 |
184,4 |
71,4 |
63,2% |
Amazon |
Elon Musk |
24,6 |
143,1 |
118,5 |
5,8 dəfə |
Tesla, SpaceX |
Bill Gates |
98,0 |
118,7 |
20,7 |
21,1% |
Microsoft |
Mark Zuckerberg |
54,7 |
104,8 |
50,1 |
91,7% |
|
Warren Buffett |
67,5 |
86,5 |
19,0 |
28,1% |
Berkshire Hathaway |
Larry Ellison |
59,0 |
82,0 |
23,0 |
38,9%; |
Oracle |
Larry Page |
50,9 |
79,8 |
28,9 |
56,9% |
|
Sergey Brin |
49,1 |
77,6 |
28,5 |
58,0% |
|
Steve Ballmer |
52,7 |
72,9 |
20,2 |
38,4% |
Microsoft |
Alice Walton |
54,4 |
69,0 |
14,6 |
26,8% |
Walmart |
“Americans for Tax Fairness” vətəndaş cəmiyyətinin direktoru Frank Klemente bildirib ki, yerli milyarderlər ölkədəki hər kəsə 3 min dollar versələr belə, yenə də pandemiyadan əvvəlkindən daha zəngin olacaqlar.
Qeyd edək ki, bu şəxslərin sürətlə zənginləşməsinə beynəlxalq bazarlarda onların şirkətlərinin səhmlərinin qiymətinin sürətlə artması səbəb olub. Belə ki, 18 Mart - 7 dekabr-da “Tesla”nın səhmləri 8,9 dəfə, “Facebook”un səhmləri 94,5 %, “Amazon”un səhmləri 72,5 %, “Microsoft”un səhmləri isə 52,8 % bahalaşıb.
Eyni dövrdə ABŞ-ın beynəlxalq birjalarından “Nasdaq”ın dəyəri 80 %, “S&P 500”ün dəyəri isə 54 % artıb.