“Tesla”nın elektromobillərini bitkoinlə almaq mümkündür

“Tesla”nın elektromobillərini bitkoinlə almaq mümkündür Bu barədə şirkətin sahibi, tanınmış iş adamı İlon Mask “Twitter” səhifəsində yazıb
Biznes
24 Mart , 2021 13:41
“Tesla”nın elektromobillərini bitkoinlə almaq mümkündür
İlon Mask

“Tesla” şirkətinin istehsal etdiyi elektromobilləri bundan sonra bitkoinlə almaq mümkündür.

“Report” xəbər verir ki, bu barədə şirkətin sahibi, tanınmış iş adamı İlon Mask “Twitter” səhifəsində yazıb.

Şirkət sahibi həmçinin xaricdə, yəni ABŞ-dan kənarda “Tesla” elektromobillərini bitkoin ödəməklə almağın bu ilin sonundan mümkün olacağını bildirib.

Xatırladaq ki, fevralın 8-də “Tesla” bitkoin kripto valyutasına 1,5 milyard ABŞ dolları yatırdıqlarını, yaxın gələcəkdə bitkoini məhsullarına görə ödəniş vasitəsi kimi qəbul etməyə başlayacaqlarını açıqlayıb. Bundan bir qədər sonra İ.Mask bitkoinə sərmayəni bədxərclik olaraq dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi