Azərbaycanda daha 95 dərman vasitəsinin qiyməti tənzimlənib

Biznes
  • 31 iyul, 2023
  • 13:17
Azərbaycanda daha 95 dərman vasitəsinin qiyməti tənzimlənib

Tarif (Qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar qəbul edib. "Report" xəbər verir ki, qərara əsasən, dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib. Həmin əlavə qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır. Bu Qərar bu gündən qüvvəyə minir. Beləliklə, dövlət qeydiyyatına alınan daha 95 dərman vasitəsinin qiyməti tənzimlənib. Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin edilməsi məqsədi aidiyyəti qurumların rəyi əsasında 46 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti