Səudiyyə Ərəbistanı Azərbaycanla ticarət əlaqələrinin inkişafı üçün təkliflər irəli sürüb

Səudiyyə Ərəbistanı Azərbaycanla ticarət əlaqələrinin inkişafı üçün təkliflər irəli sürüb Bakı. 4 mart. REPORT.AZ/ Ötən ildə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 20 mln. dollardan çox olmayıb.
Biznes
4 Mart , 2019 12:31
Səudiyyə Ərəbistanı Azərbaycanla ticarət əlaqələrinin inkişafı üçün təkliflər irəli sürüb

Bakı. 4 mart. REPORT.AZ/ Ötən ildə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 20 mln. dollardan çox olmayıb.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 5-ci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında ambisiyalı inkişaf proqramına uyğun gəlmir.

Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri ikitərəfli münasibətlərin inkişafı üçün bir neçə təklif irəli sürüb: “İlk növbədə memorandumların canlandırılması üçün iş planlarına yönləndirilməsi olmalıdır. Gömrük sahəsində əməkdaşlığa dair saziş imzalanmalı, Əlverişli investisiya mühitinin tanıdılması üçün platforma yaradılmalı, “Yol Xəritəsi”ni təmin edən işgüzar şura hər iki ölkənin investorlarına təqdim edilməlidir”.

Son xəbərlər

Orphus sistemi