Şengen vizaları ilə bağlı qaydalar dəyişdirildi

Şengen vizaları ilə bağlı qaydalar dəyişdirildi Avropa İttifaqı Şurası və Avropa Parlamenti ötən gün Viza Məlumat Sistemində (VIS) dəyişikliklərə dair yekdil qərar verib.
Biznes
902
9 Dekabr , 2020 13:14
Şengen vizaları ilə bağlı qaydalar dəyişdirildi

Avropa İttifaqı Şurası və Avropa Parlamenti ötən gün Viza Məlumat Sistemində (VIS) dəyişikliklərə dair yekdil qərar verib.

“Report” “Prime”a istinadən xəbər verir ki, yeni dəyişikliklər Şengen vizası və ya yaşamaq icazəsi almaq istəyənlərlə məlumatların yoxlanmasını təkmilləşdirmək imkanı yaradır.

Avropa İttifaqının yerli işlər komissarı İlva Yohansson bu dəyişikliklərin viza almaq istəyənlərlə bağlı şəxsi məlumatları daha etibarlı qorumaq məqsədi daşıdığını bildirib. Məsələn, biometrik məlumatlar, yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların qorunması nəticəsində uşaq alveri ilə mübarizə üçün daha əlverişli imkanlar açılacaq.

Həmçinin bütün məlumat bazalarında təhlükəsizlik tədbirləri artırılacaq. Belə ki, VIS-ə daxil olan ərizələr Avropa axtarış portalı üzərindən avtomatik rejimdə təhlükəsizlik və miqrasiya bazalarında da yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi