Səfir: “Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”

Səfir: “Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq inkişaf edir” "Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq fəal və artan xətt üzrə inkişaf edir".
Biznes
7 Aprel , 2023 12:19
Səfir: “Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”

"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq fəal və artan xətt üzrə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iki ölkə arasında ikitərəfli münasibətlərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstanla ikitərəfli münasibətlərin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasındadır. "Bunun üçün münbit zəmin - iqtisadi potensial, enerji resursları, əlverişli coğrafi mövqe və s. var", - səfir bildirib.

A.Atamoğlanov qeyd edib ki, bugünkü tədbir Prezident İlham Əliyevin Qazaxıstana səfəri ərəfəsində keçirilməsi baxımından əlamətdardır.

“Ekspert Şurasının ilk iclası çox müsbət nəticələr verdi, biz iki ölkə ekspertlərinin bu cür görüşlərinin vaxtaşırı təşkilinə ehtiyac olduğunu gördük”, - o bildirib.

A.Atamoğlanov bugünkü dəyirmi masa zamanı baş tutan müzakirələrin və irəli sürülən təkliflərin iki qardaş ölkənin inteqrasiya proseslərinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi