"Səba"nın səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 15 may, 2025
  • 09:25
Səbanın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 30-da, saat 16:00-da "Səba" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2024-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, eləcə də şirkətin təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların, eləcə də əmlakların (əsas vəsaitlərinin və digər aktivlərinin) satılması məsələləri daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

44 - Tezliklə