​Samir Şərifov: "Beynəlxalq Bank"ın sağlamlaşdırılması və özəlləşdirilməyə çıxarılması üçün tədbirlər görülür"

​Samir Şərifov: "Beynəlxalq Bank"ın sağlamlaşdırılması və özəlləşdirilməyə çıxarılması üçün tədbirlər görülür" "Bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü tədbir görülür"
Biznes
25 Yanvar , 2016 03:07
​Samir Şərifov: Beynəlxalq Bankın sağlamlaşdırılması və özəlləşdirilməyə çıxarılması üçün tədbirlər görülür

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür.

"Report" xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Azərbaycan Beynəlxalq Bankında dövlətin səhmləri var. Yəni səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Ölkə Prezidentinin sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Bu asan iş deyil. Çünki bankın sabiq rəhbərliyi çox kobud səhvlərə yol verib. Bir çox hallarda Müşahidə Şurasının qərarlarına əməl olunmayıb", - deyə nazir söyləyib.

S.Şərifov bildirib ki, bu gün banka borcu olan şəxslərin pulları geri qaytarması istiqamətində iş gedir. O bu işlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində aparıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, digər tərəfdən bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü, bankın verdiyi problemli kreditlərin "Aqrarkredit" QSC vasitəsilə sağlamlaşdırılmasına səy göstərilir.

Son xəbərlər

Orphus sistemi