Şahin Bağırov: "Biznes üçün münbit şəraitin yaradılması əsas hədəflərdən biridir"

Şahin Bağırov: "Biznes üçün münbit şəraitin yaradılması əsas hədəflərdən biridir" "Gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır".
Biznes
15 Fevral , 2023 18:32
Şahin Bağırov: Biznes üçün münbit şəraitin yaradılması əsas hədəflərdən biridir

"Gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır".

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov rəhbərlik etdiyi qurumun rəhbərliyi və əməkdaşları ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri arasında olan görüşdə deyib.

"Bu məqsədlə son dövrlərdə gömrük orqanları tərəfindən fəaliyyət planının hazırlandığı, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının, şəffaflığın, əlçatanlığın artırılması üçün yeniliklərin, rəqəmsal həllərə əsaslanan innovativ layihələrin tətbiqinə başlanılıb", - DGK sədri bildirib.

Ş. Bağırov gömrük orqanlarının biznes nümayəndələri ilə münasibətlərin işgüzar zəmində qurulmasına, gömrük-biznes əməkdaşlığında açıq, şəffaf dialoqa xüsusi önəm verdiyini bildirib, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atıldığını vurğulayıb.

Görüşdə gömrük orqanlarının missiyası, gələcək fəaliyyətindəki prioritet istiqamətlər, strateji hədəflər barədə məlumat verilib, tətbiqinə başlanan, icrası davam edən və planlaşdırılan layihələr, yeniliklərdən, onların biznesə faydalarından bəhs olunub.

Palatanın rəhbəri Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət orqanları ilə mütəmadi görüşlərin təşkil edildiyini, cari ildə ilk görüşün gömrük orqanları ilə keçirildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da səmərəli şəkildə qurulacağını bildirib.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbir iştirakçıları qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatlarını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Son xəbərlər

Orphus sistemi