Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib.
Biznes
7 Dekabr , 2022 23:26
Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat verib.

"Bəhreyn Krallığında dekabrın 5-dən 7-dək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyasında iştirak etdik. Dünya gömrük işi müstəvisində aparılan müzakirələrdə münasibətimizi bildirdik, təkliflərimizi səsləndirdik, ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etdik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi