Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər

Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər Artıq 80-ə yaxın müraciət daxil olub
Biznes
28 Yanvar , 2021 12:03
Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər

“Hazırda işğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı sahibkarlardan müraciətlər daxil olur. Belə ki, 80-ə yaxın müraciət daxil olub”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu cür müraciətlər xaricdən də daxil olur: “Lakin işğaldan azad edilmiş ərazilər minadan təmizləndikdən sonra və digər işlərdən sonra orda bu tipli işlər görülə bilər. Qarabağ bölgəsi ilə bağlı alətlər tətbiq ediləcək. Qarabağda fəaliyyət göstərən sahibkarlara əlavə imtiyazlar verilə bilər. Bu işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası çərçivəsində müzakirə mövzusudur”.

Son xəbərlər

Orphus sistemi