Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ümumrusiya Bitki Karantini Mərkəzində (FSBI “VNIIKR”) olub.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, səfər "Rosselxoznadzor"un bitkiçilik məhsullarının ixracı zamanı idxalçı ölkələrin tələblərinə ciddi riayət edilməsi siyasəti, eləcə də Rusiya kənd təsərrüfatı məhsullarının ixrac tədarükünün davamlı artımının təmin edilməsi, habelə dövlət nəzarəti sistemi ilə tanışlıq çərçivəsində reallaşdırılıb.
“VNIIKR”in direktoru Yevgeni Nazin, Taleh Şəmiyevi "Rosselxoznadzor"un bitki karantini sahəsindəki fəaliyyətinin elmi-metodiki təminatı çərçivəsində institutun fəaliyyətinin əsas istiqamətləri ilə tanış edib. Tərəflər, Azərbaycanlı mütəxəssislərin hazırlanması, bioloji bitki mühafizə vasitələrinin tətbiqi sahəsində əməkdaşlığın inkişafına toxunublar. Bu gün institutun portfelinə təhlükəli karantin və qeyri-karantin zərərvericiləri ilə mübarizə üçün 70-dən çox növ feromon daxildir. Mərkəz, yabani arı ailələrinin il boyu yetişdirilməsi və bioloji mübarizə vasitələri-entomofaqların yetişdirilməsi istiqamətlərini fəal şəkildə inkişaf etdirir.
Danışıqlardan sonra Taleh Şəmiyev, yüksək səviyyədə laboratoriya avadanlıqları və mütəxəssislərin səriştəsini qiymətləndirildiyi Federal Dövlət Büdcə Qurumu “VNIIKR”ın Sınaq Laboratoriya Mərkəzinə baş çəkib.
İki ölkənin alim və mütəxəssisləri arasında əməkdaşlığın inkişafı, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək, həm də mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.