"AmCham Azerbaijan" Qarabağda meşələrin salınmasında iştirak etmək istəyir
- 30 mart, 2022
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") üzvləri üçün Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin iştirakı ilə Qarabağın bərpası və yenidənqurulmasına həsr olunan işgüzar görüş təşkil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, tədbirdə Palatanın üzvü olan 100-dən yerli və xarici şirkətin nümayəndələri iştirak edib.
"AmCham Azerbaijan"ın prezidenti Nərgiz Nəsrullayeva Qarabağ Dirçəliş Fondunun fəaliyyətini təqdir etdiklərini, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsində (https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe/layihe-haqqinda/) donor qismində iştirak etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşdə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsədi, vəzifələri, missiyası, dəyərləri, fəaliyyət istiqamətləri, Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verən R.Hacıyev yerli və xarici biznes nümayəndələri ilə belə görüş imkanları yaratdığına görə palataya təşəkkürünü bildirib.
Tədbirdə “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” fotosərgisi və videoçarxı nümayiş olunub.