"Porsche" Rusiya bazarından 445 avtomobilini geri çağırır

Biznes
  • 05 avqust, 2020
  • 13:19
Porsche Rusiya bazarından 445 avtomobilini geri çağırır

Almaniyanın lüks avtomobil istehsalçısı - "Porsche" şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət "Cayenne Turbo" və "Cayenne Turbo S E-Hybrid" modellərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti