Paytaxtda ticarət dövriyyəsi 5 % artıb
Biznes
- 05 may, 2022
- 05:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % artaraq 6 milyard 301 milyon manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 % artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 % azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 41 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Son xəbərlər
17:42
Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib
Media
17:39
Foto
"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Mədəniyyət siyasəti
17:36
Zakir Əhmədov: "Yeni skorinq məhsulu müştərilərin ödəniş davranışlarının təhlilinə imkan verəcək"
Maliyyə
17:32
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
Xarici siyasət
17:30
Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək
Maliyyə
17:29
Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır
Energetika
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək
Maliyyə