Nüsrət İbrahimov: "Qiymətləndiricilər Palatası dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsini planlaşdırır"

Nüsrət İbrahimov: "Qiymətləndiricilər Palatası dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsini planlaşdırır" Azərbaycanda qiymətləndirmə bazarının strukturu olan bazar mexanizmlərində kifayət qədər problemlər mövcuddur.
Biznes
21 Dekabr , 2024 11:51
Nüsrət İbrahimov: Qiymətləndiricilər Palatası dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsini planlaşdırır
Nüsrət İbrahimov

Azərbaycanda qiymətləndirmə bazarının strukturu olan bazar mexanizmlərində kifayət qədər problemlər mövcuddur.

"Report" xəbər verir ki, bunu Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov qurumun Ümumi Yığıncağında bildirib.

“Qiymətləndiricilər Palatasının vəzifəsi yalnız bazarda dövr edən obyektlərin qiymətləndirilməsi ilə məhdudlaşmır. Eyni zamanda dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsi də əsas fəaliyyət istiqamətlərimizdən biridir. Biz həmçinin bazarın digər struktur bölmələri olan qiymətləndiricilərlə qanun və nizamnaməyə uyğun şəkildə davamlı işləmək vəzifəsini daşıyırıq. Lakin hazırda qiymətləndiricilərin bir hissəsinə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan müvəffəqiyyətlə keçmələrinə baxmayaraq, praktiki işlərdə “peşəkar qiymətləndirici” demək mümkün deyil”, - N. İbrahimov bildirib.

O, qiymətləndirmə bazarının digər struktur elementi olan bazar mexanizmlərində ciddi problemlərin olduğunu da qeyd edib:

“Yeni qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda müəyyən çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqlara bazarın tənzimləyici hüquqi və normativ sənədlərinin natamam olması, eləcə də icraçı ilə istehlakçı arasında narazılıq yaradan digər sənədlər daxildir. Bu istiqamətdə hələ çox iş görülməlidir”.

Palata sədri bu problemlərin həlli üçün genişmiqyaslı fəaliyyət planının zəruri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi