Nazir: "Naxçıvan öz inkişafının ən yüksək həddinə çatacaq"

Nazir: "Naxçıvan öz inkişafının ən yüksək həddinə çatacaq" "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı sayəsində muxtar respublika öz inkişafının ən yüksək həddinə çatacaq".
Biznes
8 İyun , 2023 19:39
Nazir: Naxçıvan öz inkişafının ən yüksək həddinə çatacaq

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı sayəsində muxtar respublika öz inkişafının ən yüksək həddinə çatacaq".

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan MR-ın iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Nazir qeyd edib ki, dövlət proqramı artıq Prezident İlham Əliyev tərəfindən təsdiq olunub: "Bu proqram Naxçıvan Muxtar Respublikasında yeni imtiyazların, güzəştlərın tətbiqini nəzərdə tutur. Naxçıvanda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərinə və yeni yaradılacaq bizneslərə çox böyük güzəştlər veriləcək. Bu, həm Naxçıvanın iqtisadiyyatına, muxtar respublikasına, həmçinin naxçıvanlılara göstərilən böyük bir qayğının nümunəsidir.

Bu proqramda əsas yer alan məsələlərdən biri də, ölkədə xüsusi imtiyaza malik olan azad iqtisadi zonanın, sənaye parkların Naxçıvan Muxtar Respublikası ərazisində yaradılması, xüsusi güzəştli ticarət obyektlərinin qurulması, həmçinin burada yaradılacaq yeni sənaye sahələrinin ixrac yönümlü olması, kənd təsərrüfatı və digər sosial-iqtisadi sahələri əhatə edəcək insanların qayğı ilə təmin olunması bu proqramda öz əksini tapıb"

T.Əliyev bu proqramın demək olar ki, muxtar respublikanın bütün prioritet istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb: "Buna görə də, mən əminəm ki, bu proqramın yüksək səviyyədə icrası Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bütün sahibkarları, burada yaşayan bütün əhalini yüksək səviyyəli həyat şəraiti ilə təmin edəcək. Muxtar respublika öz inkişafının ən yüksək həddinə çatacaq".

Həmçinin, nazir azad iqtisadi zonanın Naxçıvan üçün əhəmiyətindən danışarkən bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində qurulacaq istehsal sahələrində sahibkarlara xüsusi güzəştlər veriləcək ki, burada istehsal zamanı istifadə olunacaq xammalın müəyyən gömrük rüsumlarından azad olunması, həmin məhsulların idxalı və ixracında xüsusi gömrük tənzinmələrin tətbiqi sahibkarlar üçün böyük üstünlüklər verir, investorların marağını artırır.

"Yeni investorların cəlb olunması isə ölkədə əlavə dəyər yaratmaq deməkdir. Ölkədən ixracın həcmi artacaq, valyuta axınının qarşısını alacaq. Əksinə xarici ölkələrdən bura valyuta gətiriləcək. Həmçinin işsizliyin qarşısını alınacaq, yeni iş yerləri açılacaq", - nazir əlavə edib.

Sonda T.Əliyev sahibkarlar və investorları azad iqtisadi zonasında onlar üçün tətbiq olunacaq yüksək güzəştlərdən yararlanmağa dəvət edib.

Son xəbərlər

Orphus sistemi