Gələn il Naxçıvan şəhərində Türk Biznes Forumunun keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
"Biz bu tədbiri oktyabrın 3-də keçirilməsini planlaşdırırdıq, ancaq həmin gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15 illik yubileyi ilə bağlı tədbir var idi. Bu səbəbdən də biznes forum təxirə salındı", - deyə o qeyd edib.
Bundan başqa, qonaq deyib ki, Azərbaycanın rəhbərliyi ilə Zəngəzur dəhlizi ilə bağlı da tədbir keçirilə bilər: "Bu mövzuda iş adamlarının iştirakı ilə tədbir keçirilməsin faydalı ola bilər. Bu gün ortaq çalışmalarımızı irəliyə doğru aparırıq".