Narkotik, qumar və bu kimi asılılıqdan hər kəs əziyyət çəkə bilir. Nəticədə bu gün də bu məsələ cəmiyyətdə sosial-psixoloji problem kimi qalmaqdadır.
Narkotik asılılığı və ya alkoqolizmdən evdə müalicə almaqla qurtulmaq mümkün deyil və nəticə vermir. Bunun üçün mütləq mütəxəssis köməyinə ehtiyac var.
Sadəcə olaraq “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin peşəkarları ilə əlaqə saxlamaq kifayətdir.
Mərkəzin rəhbəri Ruslan Həsənzadənin sözlərinə görə, narkotik maddələrdən asılılıq deyərkən psixotrop, psixoaktiv maddələr və digərləri demək mümkündür: "Nəticədə narkotik maddələrin qəbulu ilə insan fiziki və psixoloji cəhətdən məhvə doğru gedir. Xüsusi olaraq qeyd edim ki, son dövrlər narkotikə qurşananlar arasında gənclər və yeniyetmələr üstünlük təşkil edir. Bu da təbii ki, acınacaqlı məqamlardan biridir. Bizim SPR Reabilitasiya mərkəzinin mütəxəssisləri təhlükəli vərdişə düçar olan şəxslərin sağalması üçün onlarla birlikdə mübarizə aparırlar. Bunun üçün rahat atmosfer, peşəkar psixoloqlarımız var. Reabilitasiya proqramı çərçivəsində mərkəzə gələn şəxslər burada qalaraq, stasionar müalicə olunurlar. Bu yanaşma tam effektiv nəticə verir. Biz onların şəxsi məlumatlarının məxfiliyini tam qoruyuruq. Bizim mərkəzdə qrup müalicəsi də xüsusi effekt verir. Məsələn, reabilitasiya kursu keçən və sağalan şəxs asılılıqdan qurtulma təcrübəsi digər şəxslərlə bölüşür. Əgər narkotik asılılığından əziyyət çəkən şəxs peşəkar köməyi almasa, yenidən bu bəlaya qayıtma ehtimalı böyükdür. “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” peşəkar mütəxəssislərinin tətbiq etdiyi “12 addım” xüsusi proqramı vasitəsilə narkomaniya, qumar və alkoqolizmdən qurtulmaq daha asandır”.
R.Həsənzadə bildirib ki, aludəçi olan şəxslərin “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”də rahat qalması üçün hər bir şərait yaradılıb: “Həmin şəxslər burada yüksəkkeyfiyyətli, müasir və zəruri psixoloji yardım alacaqlar. Mərkəzimiz Azərbaycanda bir çox mükafatlara layıq görülüb. 2024-cü ildə də beynəlxalq əlaqələr, təcrübənin inkişafı ilə bağlı planlarımız var. Həmçinin, SPR Reabilitasiya Mərkəzi, Bakının ən yaxşı klinikalarında sizin üçün diaqnostika və müalicə təşkil etməyi də öz üzərinə götürür”.
Azərbaycanda xüsusi “12 addım” proqramı ilə 2021-ci ildən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” fəaliyyət göstərir. İndiyə kimi 1000 artıq şəxsə psixoloji yardım göstərib. “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin peşəkarları qumar, narkomaniya, alkoqolizm və digər zərərli bəlalardan xilas üçün ən yeni metodlardan istifadə edirlər. Siz də özünüzə və yaxınlarınıza sevinc bəxş etmək istəyirsinizsə, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nizə bir zənginiz kifayətdir.
Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33