Ma Çi: “Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir"

Biznes
  • 17 oktyabr, 2022
  • 08:51
Ma Çi: “Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir

“Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir və əlverişli biznes mühitinə malikdir, bu səbəbdən də getdikcə daha çox Çin şirkətləri Azərbaycana sərmayə qoymaq və biznes qurmaq imkanlarını fəal şəkildə araşdırır”.

Bunu “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.

Onun sözlərinə görə, Çin Azərbaycanın şəhər infrastrukturunun keyfiyyətli inkişafında, enerjiyə qənaət və tullantıların azaldılmasında, “yaşıl” iqtisadiyyatda, tibbi xidmətin, təhsilin və peşəkar hazırlığın təkmilləşdirilməsində fəal iştirak etməyə, eləcə də iki ölkənin maliyyə institutları arasında əlaqələrin və təcrübə mübadiləsinin təşviqinə, milli valyutalarda hesablaşmalar məsələlərini konstruktiv müzakirə etməyə, ölkələr arasında real iqtisadi əməkdaşlıq üçün daha da çox maliyyə məhsulları təqdim etməklə maliyyələşdirmə miqyasını genişləndirməyə hazırdır.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Bütün Xəbər Lenti