KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək

KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Məhsulları Sərgisi keçiriləcək.
Biznes
9 Dekabr , 2021 11:50
KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək

Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Məhsulları Sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, sərgidə Azərbaycan da iştirak edəcək.

Ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmsil edəcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Qurum kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi