İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.
Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə Gəncədə sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların çətinliklərini, biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini dinləyib, sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.