İqtisadiyyat Nazirliyi: Sloveniya Azərbaycanın Aİ-də ideal logistika və biznes mərkəzidir

İqtisadiyyat Nazirliyi: Sloveniya Azərbaycanın Aİ-də ideal logistika və biznes mərkəzidir Sloveniya Avropa İttifaqı ərazisində Azərbaycan üçün ideal logistika və biznes mərkəzi hesab olunur.
Biznes
17 aprel 2025 13:53
İqtisadiyyat Nazirliyi: Sloveniya Azərbaycanın Aİ-də ideal logistika və biznes mərkəzidir

Sloveniya Avropa İttifaqı ərazisində Azərbaycan üçün ideal logistika və biznes mərkəzi hesab olunur.

"Report" xəbər verir ki, bunu Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaganye (Mitja Blaganje) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində bildirib.

“Biz əsas Panavropa nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşirik və Koperdə yerləşən aparıcı Şimali Adriatik limanına malikik. Yüksək ixtisaslı və çoxdilli işçi qüvvəsi ilə birlikdə, regional ticarətin inkişafı üçün etibarlı və innovativ tərəfdaş ola bilərik. Əgər Azərbaycan şirkətləri bu bölgədə fəaliyyətlərini genişləndirməyi planlaşdırırlarsa, həm nazirlik, həm də "SPIRIT Slovenia" Agentliyi olaraq hərtərəfli dəstək göstərməyə hazırıq”, – deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi