Gürcüstan Azərbaycan məhsullarının idxalını 16% azaldıb

Gürcüstan Azərbaycan məhsullarının idxalını 16% azaldıb Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 309,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Biznes
21 Sentyabr , 2020 11:12
Gürcüstan Azərbaycan məhsullarının idxalını 16% azaldıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 309,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 15,7% azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi idxalındakı payı 6,3% olub. Bu payla Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi