“General Motors”un Çindəki satışları 5 %-dən çox artıb

“General Motors”un Çindəki satışları 5 %-dən çox artıb Bu ilin II rübündə GM-in Çindəki satışları böyük və lüks idman maşınlarına və çox məqsədli avtomobillərə olan tələbin artması ilə 750 mini ötüb
Biznes
10 İyul , 2021 13:49
“General Motors”un Çindəki satışları 5 %-dən çox artıb

Bu ilin II rübündə ABŞ avtomobil istehsalçısı “General Motors”un (GM) Çindəki satışları böyük və lüks idman maşınlarına və çox məqsədli avtomobillərə olan tələbin artması ilə 750 mini ötüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çoxdur.

Hesabat dövründə, ABŞ avtomobil istehsalçısının “Cadillac XT6” böyük lüks yolsuzluq avtomobilinin satışları 42 % artaraq 10 minə, “GL8” premium çox məqsədli ailə avtomobilinin satışları isə 40 % artaraq 45 min ədədə çatıb.

Qeyd edək ki, yeni "Ultium" batareya texnologiyası üzərində işləyən GM, bu ilin əvvəlində Çin üçün Ultium əsaslı bir model olan “Cadillac LYRIQ” tamamilə elektrikli yolsuzluq avtomobilini təqdim etdi. Bu elektrikli SUV-ların gələn ildən satışa çıxarılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi