“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək

“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək Oktyabrın 29-da, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək.
Biznes
26 Oktyabr , 2021 14:07
“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək

Oktyabrın 29-da, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı hesabatların dinlənilməsi, işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi planlaşdırılır.

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya işçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi