İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və ABŞ-ın Nevado Universiteti arasında görüş keçirilib.
"Report" Mərkəzə istinadən xəbər verir ki, tədbirdə universitetin professoru, Özmen Sahibkarlıq Mərkəzinin direktoru, Beynəlxalq Biznes Proqramları üzrə mütəxəssis Mehmet Tosun, İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və "EnterpriseAzerbaijan" portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.
Görüşdə Azərbaycanda biznes mühiti və sahibkarlıq, beynəlxalq investisiyalar və xarici investorların cəlbi, innovasiya və startap ekosistemi haqqında fikir mübadiləsi aparılıb, həmçinin Nevado Universiteti və “EnterpriseAzerbaijan” arasında çoxsahəli əməkdaşlığa dair məsələlər müzakirə olunub.
İİTKM ilə Nevado Universiteti arasında anlaşma memorandumu ötən il qüvvəyə minib.