Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Qubada vətəndaşları qəbul edib.
Biznes
19 Oktyabr , 2018 14:08
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Qubada vətəndaşları qəbul edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, qəbul çərçivəsində Quba  ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib.

Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda fərdi müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı,mülkiyyət hüququnun əldə edilməsi qaydası, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsiprosedurlarıilə bağlı olub. Həmçinin, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, dövlət əmlakının özəlləşdirilməsi də vətəndaşları maraqlandıran məsələlər olub.

Qəbulda səsləndirilən vətəndaş müraciətlərini diqqətlə dinləyən komitə sədri bir sıra məsələlərin qanunvericilik çərçivəsində dərhal həll olunması üçün göstərişlərini verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərin isə aidiyyəti qurumlara göndəriləcəyi barədə müraciət edənlərə məlumat verilib. Vətəndaşların ünvanlandığı bəzi araşdırılma tələb edən müraciətlər isə qeydiyyata alınıb.

K.Həsənov bildirib ki, artıq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ƏMDK-nın razılığı əsasında olacaq: "Respublika üzrə mövcud kənd təsərrüfatı təyinatlı torpaqların düzgün idarəsinin təşkili ilə bağlı komitə bir sıra tədbirlər həyata keçirir. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir". 

Ölkə üzrə elektron kadastr sistemi barədə vətəndaşlara məlumat verən komitə sədri bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 25 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb: "Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün müxtəlif bölgələr üzrə sosial aksiyalar təşkil edilir. Vətəndaşlara təklif olunan səyyar xidmətlərin keyfiyyətini yüksəltmək üzrə prosesdə bir sıra yeniliklər tətbiq edilir. Daha geniş mobil ofislərin prosesə cəlb edilməsi, yeni və müasir texnologiyanın istifadəsi ilə artıq operativ xidmətlər daha çox vətəndaş kütləsinə yönəlib".

Qəbul zamanı komitə sədri göstərilən xidmətlərdə şəffaflığın və əlçatanlığın təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi