Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir"

Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir" Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.
Biznes
24 aprel 2025 16:45
Elnur Bağırov: Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir

Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.

Onun sözlərinə görə, bir çox şəbəkələr artıq yerli məhsulların satışına üstünlük verir, KOB-larla daha səmərəli əməkdaşlıq modelləri qurur, ekoloji və sosial məsuliyyət prinsiplərini rəhbər tutur.

"Agentlik olaraq məqsədimiz bu tendensiyaları dəstəkləmək, təşviq etmək, tənzimləmədə balanslı yanaşmanı qorumaqdır. Ticarət şəbəkələrinin dayanıqlı inkişafının təmin edilməsi, bununla paralel olaraq kiçik və orta sahibkarların və istehsalçıların maraqlarının qorunması qarşımızda duran əsas məsələlərdən biridir. Yalnız birgə səy və qarşılıqlı etimad əsasında buna nail ola bilərik",- deyə sədr qeyd edib.

Orphus sistemi