DVX: "Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək"

DVX: "Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək" Hazırlanacaq yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir.
Biznes
19 fevral 2025 10:58
DVX: Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək

Hazırlanacaq yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir.

Bunu “Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, həmçinin yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha anlaşılan olması, sahibkarlıq mühitinin inkişafını dəstəkləyən optimal vergi yükünün müəyyən edilməsidir: “Beynəlxalq təcrübə araşdırılıb və strateji hədəflərə uyğun olaraq iqtisadi inkişafı dəstəkləyən vergitutma mexanizmlərinin formalaşdırılması istiqamətində geniş təhlillər aparılıb”.

S. Musayeva qeyd edib ki, yeni məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək: “Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir”.

Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir və hər il məcəlləyə çox sayda əlavə və dəyişikliklər edilir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz

Son xəbərlər

Orphus sistemi