Dünyanın ən “ölümcül” şirkəti açıqlanıb

Dünyanın ən “ölümcül” şirkəti açıqlanıb Meksikanın “Petroleos Mexicanos” (Pemex) neft-qaz şirkəti dünyada əməkdaşları koronavirusdan ən çox ölən şirkətdir
Biznes
11 Sentyabr , 2020 16:18
Dünyanın ən “ölümcül” şirkəti açıqlanıb

Meksikanın “Petroleos Mexicanos” ("Pemex") neft-qaz şirkəti dünyada əməkdaşları koronavirusdan ən çox ölən şirkətdir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik həmçinin Meksika prezidentinin şirkətin işini davam etdirməsini istədiyini də bildirib. “Pemex”i ölkənin əsas dövlət gəliri mənbəyi adlandırırlar (federal büdcənin 10 faizini təşkil edir). Hasilatın azalması Meksika prezidenti Andres Manuel Lopes Obrador üçün mənfi siyasi nəticələrə səbəb ola bilər. Nəhəng üzən neft emalı komplekslərində və anbarlarda minlərlə işçi çalışır”, - nəşr yazıb.

“İşçilər şirkətin məkanları dezinfeksiya etməyə, personalın sayını azaltmağa, xəstələri təxliyə etməyə və koronavirus üçün diaqnostik testlər aparmağa tələsmədiyini söyləyirlər. Bundan əlavə, sosial məsafə qorunmur, koronavirusa yoluxanlar isə sağlamlarla işləməyə davam edir”, - agentlik bildirir.

Qeyd edək ki, “Pemex” də artıq 314 ştatlı işçisinin və 7 müqavilə üzrə çalışan şəxsin koronavirusdan öldüyünü məlumat verib.

Şirkət 107 milyard ABŞ dolları borcla dünyanın, demək olar, bütün neft şirkətlərindən daha pis maliyyə vəziyyətindədir. Eyni zamanda ölkə hökuməti daim neft hasilatını artırmağı tələb edir, işçilər isə dözülməz iş şəraitindən şikayət etməyə davam edirlər.

Son xəbərlər

Orphus sistemi