Dünya Bankın Azərbaycanda potensial məhsuldarlığın səviyyəsini qiymətləndirib

Dünya Bankın Azərbaycanda potensial məhsuldarlığın səviyyəsini qiymətləndirib Dünya Bankının İnsan kapitalı İndeksinə (HCL) əsasən, bu gün doğulan azərbaycanlı uşaqlar 18 yaşa qədər potensial məhsuldarlığının yalnız 58 %-inə qədər nail ola bilər.
Biznes
24 Fevral , 2023 11:27
Dünya Bankın Azərbaycanda potensial məhsuldarlığın səviyyəsini qiymətləndirib

Dünya Bankının İnsan kapitalı İndeksinə (HCL) əsasən, bu gün doğulan azərbaycanlı uşaqlar 18 yaşa qədər potensial məhsuldarlığının yalnız 58 %-inə qədər nail ola bilər.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl Bankın Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında çıxışı zamanı deyib.

"Azərbaycanda uşaq və yeniyetmələr ölkənin gəlir səviyyəsinə münasibətdə nisbətən zəif sağlamlıq və aşağı öyrənmə nəticələrinə malikdir. Bu da onların gələcəkdə daha aşağı məhsuldarlıq nümayiş etdirməsinə səbəb olur.

Aparılmış təhlilərə görə, 4 yaşında təhsilə başlayan uşaqlar 18 yaşında cəmi 8,3 illə bərabər faktiki öyrənmə müddətinə malik olurlar. Bu gün Azərbaycanda doğulan uşaqlar orta hesabla yalnız 0,9 il ali təhsil alacaqlarını gözləyə bilərlər. Bu arada qeyri-infeksion xəstəliklərdən 30-70 yaş arasında ölmə ehtimalı çox yüksək olaraq 22 %-ə çatır", - S.Maykl bildirib.

Son xəbərlər

Orphus sistemi