Dövlət Xidməti “Mover” və “CargoLine” barədə Baş Prokurorluğa müraciət edib

Dövlət Xidməti “Mover” və “CargoLine” barədə Baş Prokurorluğa müraciət edib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xarici ölkələrdən daşınma xidmət göstərən “Mover” və “CargoLine” MMC-lərin yol verdiyi qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə baxıb.
Biznes
12 Aprel , 2023 16:24
Dövlət Xidməti “Mover” və “CargoLine” barədə Baş Prokurorluğa müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xarici ölkələrdən daşınma xidmət göstərən “Mover” və “CargoLine” MMC-lərin yol verdiyi qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə baxıb.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçıların ödədiyi vəsaitin geri qaytarılmaması ilə bağlı olub.

Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Son xəbərlər

Orphus sistemi