Daha iki ölkədən Azərbaycana papiros kağızı idxalına başlanılıb

Biznes
  • 17 fevral, 2023
  • 10:25
Daha iki ölkədən Azərbaycana papiros kağızı idxalına başlanılıb

Azərbaycan ötən ilin 11 ayı ərzində 10,2 milyon ABŞ dolları dəyərində 1 min ton papiros kağızı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Avstriyadan 5,656 milyon ABŞ dolları dəyərində (+29 %) 503 ton (+33 %), Bolqarıstandan 1,248 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 148 ton (+2,3 dəfə), Almaniyadan 845 min ABŞ dolları dəyərində (+34 %) 78 ton (-41 %), Fransadan 831 min ABŞ dolları dəyərində (-23 %) 74 ton (-7 %), Tayvandan (Çinin əyaləti) 272 min ABŞ dolları dəyərində 11 ton məhsul gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinadan (3,26 min ABŞ dolları dəyərində 0,28 ton) və Tayvandan tədarük həyata keçirilib.

44 filmi