Çində hidrogenlə işləyən avtomobillər üçün infrastruktur qurulacaq

Çində hidrogenlə işləyən avtomobillər üçün infrastruktur qurulacaq Çində hidrogenli hüceyrə ilə işləyən elektrik avtomobilləri üçün müvafiq infrastrukturun qurulmasına hazırlıq görülür.
Biznes
4306
6 Noyabr , 2020 21:06
Çində hidrogenlə işləyən avtomobillər üçün infrastruktur qurulacaq

Çində hidrogenli hüceyrə ilə işləyən elektrik avtomobilləri (FCEV – Fuel Cell Electric Vehicle) üçün müvafiq infrastrukturun qurulmasına hazırlıq görülür.

“Report” “Petrol Plaza”ya istinadən xəbər verir ki, bununla bağlı “Hyundai Motor”, “Shanghai Electric Power Co.”, “Shanghai Sinwise New Energy System Co.”, “Shanghai Ronghe Electric Technology Financial Leasing Co.” arasında müvafiq anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən, Yanqtze çayının mənsəbində yerləşən bölgədə və Şanxay şəhəri ətrafında yaradılacaq infrastruktur çərçivəsində hidrogen istehsalı, hidrogendoldurma məntəqələri yaradılmaqla hidrogenlə işləyən yük maşınları işlətmək üçün müvafiq maliyyə ayrılacaq. O cümlədən 2025-ci ilədək bölgəyə hidrogenlə işləyən 3 min elektrik yük maşını gətiriləcək. 2030-cu ilədək isə Çinə 27 min bu cür maşın tədarük olunmalı, FCEV avtomobillərinin ümumi sayını isə 1 milyona çatdırmalıdır.

Bundan əvvəl Jinqjinji (Pekin – Tiancin – Hebey paytaxt ətrafı bölgəsi) bölgəsində də bu cür layihə icra etmək məqsədilə “Hyundai” CISRI (China İron and Steel Research İnstitute Group) və “HBIS Group” (Hebei iron and Steel Group) şirkətləri ilə də anlaşma memorandumu imzalamışdı.

Son xəbərlər

Orphus sistemi