CAREC ölkələri İİTKM-nın təcrübəsindən yararlanmaq istəyir

CAREC ölkələri İİTKM-nın təcrübəsindən yararlanmaq istəyir Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələri Azərbaycanda olan rəqəmsal ticarət portallarının təcrübəsindən yararlanacaq.
Biznes
19 Sentyabr , 2022 11:23
CAREC ölkələri İİTKM-nın təcrübəsindən yararlanmaq istəyir

Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələri Azərbaycanda olan rəqəmsal ticarət portallarının təcrübəsindən yararlanacaq.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumda CAREC İnstitutunun nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən iqtisadi islahatlar, “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və eləcə də, İİTKM-in strateji inkişaf proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyəti və digər layihələr barədə qonaqları məlumatlandırıb. O, bildirib ki, Azərbaycan, Mərkəzi Asiya ilə Avropa arasında regional əməkdaşlıq, ticarət və yükdaşımaların artırılması istiqamətində aparıcı ölkə olmaqla regional infrastruktur və logistika mərkəzlərinin yaradılmasına investisiyalarını davam etdirir. İİTKM, həm beyin mərkəzi, həm də strategiyaların icra prosesini asanlaşdıran qurum olmaqla ölkənin inkişaf və islahat gündəliyinin kommunikasiyası və inkişaf partnyorları ilə koordinasiyasını həyata keçirir.

Görüşdə Bakıda keçirilən “CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunda” iştirakla əlaqədar Azərbaycanda səfərdə olan CAREC İnstitutunun direktoru Seyid Şakil Şah və baş iqtisadçısı Hans Holzhaker qurumun fəaliyyəti və Mərkəzi Asiya regionunda həyata keçirilən layihələr barədə məlumat veriblər.

Ardınca İİTKM-in əməkdaşları Mərkəzin operatoru olduğu https://monitoring.az/, https://azranking.az/, https://azexport.az/, https://enterpriseazerbaijan.gov.az/https://dth.az/ kimi rəqəmsal portallar və makro-iqtisadi təhlil üzrə tətbiq olunan modellər barədə təqdimatlar ediblər.

CAREC İnstitutunun direktoru Seyid Şakil Şah İİTKM-in strateji idarəetmə, inkişaf strategiyalarının monitorinqi və qiymətləndirilməsi, rəqəmsal ticarət portalları vasitəsilə göstərilən xidmətlər sahəsində fəaliyyəti və əldə edilən təcrübələrin CAREC-in digər üzv ölkələri ilə mübadiləsini əhəmiyyətli hesab edib. O həmçinin rəhbərlik etdiyi qurumun bilik mübadiləsi proqramı çərçivəsində İİTKM-lə əməkdaşlıq və birgə forumların təşkil olunmasının vacibliyini qeyd edib.

Sonda qonaqlar İİTKM-də fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi