Büdcə təşkilatlarının kommunal və rabitə xidmətlərinə görə 7,5 mln. manat borcu yaranıb
- 31 avqust, 2018
- 11:22
Bakı. 31 avqust. REPORT.AZ/ Bu ilin I yarısında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.
Yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94%-ni ödəyib və 7,5 mln. manat kreditor borc yaranıb.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin, ümumilikdə, 97,1 faizindən istifadə edərək 3,1 mln. manatlıq suya, 2,1 mln. manatlıq təbii qaza və 0,4 mln. manatlıq istilik enerjisinə qənaət edib.