Bişkekdə Türk İnvestisiya Fondunun mənzil-qərargahı açıla bilər

Bişkekdə Türk İnvestisiya Fondunun mənzil-qərargahı açıla bilər ​​​​​​​Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçıları Türk İnvestisiya Fondunun yaradılmasını müzakirə edirlər
Biznes
13 Sentyabr , 2021 11:10
Bişkekdə Türk İnvestisiya Fondunun mənzil-qərargahı açıla bilər

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçıları Türk İnvestisiya Fondunun yaradılmasını müzakirə edirlər.

“Report” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə adıçəkilən təşəbbüsü dəstəkləyən Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov bildirib.

Onun sözlərinə görə, belə bir fond ilk növbədə Türkdilli Şuraya üzv olan ölkələrdə sahibkarlıq, innovasiya, regional inkişaf, elektron ticarətin və innovativ rəqəmsal texnologiyaların tətbiqinə dair layihələrə dəstək vermək üçün lazımdır. Türk İnvestisiya Fondunun mənzil-qərargahının Bişkekdə açılması təklif edilib.

Görüşün nəticələrinə əsasən, biznes-forum keçirilib. Bu biznes-forum çərçivəsində TDƏŞ ölkələrinin biznes nümayəndələri çoxtərəfli əməkdaşlığın ən aktual məsələlərini müzakirə ediblər. Həmçinin tikinti, kənd təsərrüfatı, qida, bərpa olunan enerji, yüngül sənaye, mədənçilik, turizm və elektron ticarət sahələrində B2B görüşlər təşkil edilib.

Xatırladaq ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılıb. TDƏŞ üzv ölkələr arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) Türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan böyük bir beynəlxalq platformadır.

Son xəbərlər

Orphus sistemi