“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac noyabrda 2 dəfə artıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac noyabrda 2 dəfə artıb Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 42 milyon ABŞ dolları təşkil edib.
Biznes
30 Noyabr , 2023 16:14
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə ixrac noyabrda 2 dəfə artıb

Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 42 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları yaxud 2 dəfə çoxdur.

2023-cü ilin yanvar-noyabr aylarında isə Mərkəzin xətti ilə 221,4 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi