“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 575 milyon dollarlıq ixraca kömək edib

Biznes
  • 01 iyul, 2021
  • 06:36
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 575 milyon dollarlıq ixraca kömək edib

Bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, 2017-ci ildən 2021-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 milyon dollar təşkil edib.

44 filmi