Bu ilin yanvar-may aylarında "Azexport" portalına 194,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilib.
Sənədə əsasən, təkcə bu ilin may aylarında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon dollar təşkil edib. Ən çox sifariş pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına qədər (53 ay ərzində) "Azexport" portalına 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri isə 2,39 milyard dollar təşkil edib.
Bu ilin 5 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 5,1 milyon dollarla ABŞ, 4,1 milyon ABŞ dollarla Böyük Britaniya, 3,8 milyon dollarla Fransa, 3,6 milyon dollarla Malayziya və 727 min dollarla BƏƏ qərarlaşıb.