Bill Qeyts koronavirusa qarşı həbin yaradılmasına 70 milyon dollar yatırıb

Bill Qeyts koronavirusa qarşı həbin yaradılmasına 70 milyon dollar yatırıb Bill və Melinda Qeytsin fondu koronavirus əlehinə həblərin yaradılmasına 70 milyon ABŞ dolları yatırıb.
Biznes
10 Sentyabr , 2021 14:38
Bill Qeyts koronavirusa qarşı həbin yaradılmasına 70 milyon dollar yatırıb
Bill Qeyts

Bill və Melinda Qeytsin fondu koronavirus əlehinə həblərin yaradılmasına 70 milyon ABŞ dolları yatırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu vəsaitin əvəzində onlar süni intelektin köməyi ilə dərmanlar yaradan “Exscientia” startapında pay alacaqlar.

Pulların bir hissəsi COVID-19-un müalicəsi üçün virus əlehinə yeni həblərin yaradılmasına və gələcəkdə pandemiyaların qarşısının alınmasına yönəldiləcək. Bu, Qeytslərin həmin şirkətə 2-ci sərmayəsidir.

“Exscientia” süni itelektin köməyi ilə artıq dırman vasitələri yaradıb. Belə ki, psixiki xəstəliklərin müalicəsi üçün iki preparat buraxılıb. Hazırda həmin müalicə vasitələri kliniki tədqiqatlardan keçirilir. Startap həmçinin müstəqil olaraq bədxassəli şişlərlə mübarizə üçün preparat hazırlayıb.

Son xəbərlər

Orphus sistemi