Karbon Reytinq Agentliyi ("BeZero Carbon") bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində karbon emissiyalarının azaldılması ilə bağlı müqavilə imzalanacağına ümid edir.
"Report" xəbər verir ki, bunu "BeZero Carbon"un nümayəndəsi Lilly Ginsberg-Keig "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.
"Hazırda karbon emissiyalarının azaldılması ilə bağlı danışıqlar gedir. Ümid edirik ki, COP29-da bununla bağlı müqavilə imzalanacaq. Karbon emissiyaları ilə bağlı digər məsələ olan ölkələr arasında ticarətlə bağlıdır və prinsipcə tətbiq edilir. Könüllü şəkildə olan karbon bazarı kollektiv dekorbonizasiyaya dəstək verir. Artıq bir sıra ölkələr karbon udma və yaxud karbon yayındırma sənayelərini qururlar", - deyə o qeyd edib.