BƏƏ rəsmisi: "Baytarlıq nəzarəti və halal tələbləri ət ixracı üçün vacibdir"

Biznes
  • 16 fevral, 2026
  • 12:16
BƏƏ rəsmisi: Baytarlıq nəzarəti və halal tələbləri ət ixracı üçün vacibdir

Baytarlıq nəzarəti və halal tələbləri ət ixracında əsas rol oynayır.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit nazirliyinin nümayəndəsi Əhləm An Mənnai Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ixrac zamanı baytarlıq xəstəliklərinin və nəzarət sistemlərinin qiymətləndirilməsi zəruridir: "Kəsim məntəqələrinin təsdiqi üçün həm baytarlıq xəstəliklərinin yoxlanılması, həm də qida təhlükəsizliyi sistemi üzrə qiymətləndirmə aparılır. Bütün prosedurlar və standartlar, o cümlədən kəsim məntəqələri və emal olunmuş məhsullar üçün texniki tələblər nazirliyin saytında yerləşdirilib və əlavə məlumat üçün texniki heyətlə əlaqə saxlaya bilərlər".

O, əlavə edib ki, BƏƏ Azərbaycana ixrac zamanı qida təhlükəsizliyini təmin etmək üçün sürətli xəbərdarlıq sistemi və digər nəzarət mexanizmləri tətbiq edir.