Bakıda ticarət dövriyyəsi 6 % artıb

Biznes
  • 30 mart, 2022
  • 13:10
Bakıda ticarət dövriyyəsi 6 % artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % artaraq 3,989 milyard manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, son 1 ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2,7 % artaraq 2,053 milyard manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 9,2 % artaraq 1,936 milyard manat olub.

İstehlak məhsullarının 36,8 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

44 - Tezliklə