Bakıda Rusiya-Azərbaycan Biznes Şurasının geniştərkibli iclası keçiriləcək

Bakıda Rusiya-Azərbaycan Biznes Şurasının geniştərkibli iclası keçiriləcək İclasda Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edəcək
Biznes
5 Avqust , 2016 16:20
Bakıda Rusiya-Azərbaycan Biznes Şurasının geniştərkibli iclası keçiriləcək

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda avqustun 8-də Rusiya-Azərbaycan Biznes Şurasının (RABŞ) geniştərkibli iclası keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, RABŞ-dən verilən məlumata görə, iclas Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə həsr olunub.

İclasda Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, eləcə də RABŞ-nin sədri, "Rusiya ixrac mərkəzi" ASC-nin baş direktoru Pyotr Fradkov iştirak edəcək.

Tədbirin fəaliyyət proqramına Rusiya nümayəndə heyətinin Azərbaycanın qida sənayesi, tikinti və tikinti materiallarının istehsalı, turizm, avtomobilqayırma, mühəndislik, investisiya, maliyyə və bank sektoru və digər sahələrdəki iri şirkətlərinin nümayəndələri ilə görüşlər keçirməsi daxildir.

Son xəbərlər

Orphus sistemi