Bakıda fərdi yaşayış və bağ evləri ucuzlaşıb

Biznes
  • 12 may, 2022
  • 07:03
Bakıda fərdi yaşayış və bağ evləri ucuzlaşıb

Bu ilin aprel ayında Bakının fərdi yaşayış və bağ evləri bazarında qiymətlər mart ayına nisbətən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11 % azalıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ötən ay bahalı fərdi yaşayış və bağ evlərinin qiymətləri (1 kv.metrin qiyməti 1 200 manatdan yuxarı) əvvəlki aya nisbətən 5,3 % azalıb, illik müqayisədə isə 4,8 % artıb. Orta səviyyəli evlərin qiymətlərində (1 kv.metrin qiyməti 800-1 200 manat civarında) ay ərzində 3,3 %, il ərzində 1,8 % artım, ucuz evlərin qiymətlərində isə (1 kv.metrin qiyməti 800 manatdan aşağı) ay ərzində 0,8 % artım, il ərzində isə 6,5 % azalma olub.

"Bu ilin aprel ayında fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) mart ayına nisbətən 2,5 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 19 % azalma qeydə alınıb. Bahalı evlərin kirayə qiymətlərində (1 kvadrat metrinin aylığı 1 000 manatdan baha) ay ərzində 2,95 % azalma, il ərzində 0,7 % artım, orta səviyyəli evlərin kirayə qiymətlərində (1 kvadrat metrinin qiyməti 500-1 000 manat civarında) ay ərzində 8,6 %, il ərzində 11,95 % artım, ucuz evlərin kirayə qiymətlərində isə (1 kvadrat metrinin aylığı 500 manatdan ucuz) ay ərzində 2,05 % artım, il ərzində 3,2 % azalma olub", - N. İbrahimov bildirib.

44 filmi