AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb

AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb Azərbaycanla Səudiyyə Ərəbistan arasında keçirilən görüşlərin daha məhsuldar olması və layihələrə çevrilməsi əsas hədəflərdəndir.
Biznes
1 Oktyabr , 2024 16:29
AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb
Yusif Abdullayev

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında keçirilən görüşlərin daha məhsuldar olması və layihələrə çevrilməsi əsas hədəflərdəndir.

“Report” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.

"Biz çox istəyirik ki, 6-cı iclasda sahibkarlar artıq real layihələr barədə danışsınlar", - deyə o qeyd edib.

Y. Abdullayev həmçinin deyib ki, AZPROMO iki ölkənin ticarət əlaqələrini təşviq edir: "Bu ilin mayında Səudiyyə Ərəbistanında keçirilmiş "Saudi Food Show"da Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Bu ənənə növbəti il də davam edəcək".

"Bu ilin sonuna qədər Azərbaycanda logistikanın subsidiyalaşdırılması reallaşacaq. Yenilik iki ölkə arasında ticarət əlaqələrinin inkişafına xidmət edəcək və əngəlləri aradan qaldıracaq", - deyə AZPROMO rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi